00:00:00
Yazar
Admin User
22.07.2025 13:07 95 1 dəq oxuma
Dünya

Xətai İH jurnalistləri bir araya toplayıb

Xətai İH jurnalistləri bir araya toplayıb

Xətai rayon İcra Hakimiyyətində "22 İyul-Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə və mətbuat nümayəndələri iştirak ediblər.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, 150 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub.

 

Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Rayon icra hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən R.Quluyev Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətralı işıqlandırdıqlarını qeyd edib.Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Bu gün də Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər