Yalovada iki bələdiyyə 4 milyon lirə cərimələnib
Yalovada iki bələdiyyə dənizi çirkləndirdiyi üçün 4 milyon lirə cərimələnib.
Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Yalovanın Çınarcık Bələdiyyəsinin tullantı su infrastrukturunu aşdığına görə 2 milyon 674 min lirə, Koru Bələdiyyəsinin isə qanunvericiliyi pozaraq tullantı sularının axıdılmasına görə 1 milyon 337 min lirə cərimələndiyini açıqlayıb.
TRT XƏBƏR
Arzu Poladova