00:00:00
Yazar
Admin User
05.06.2025 14:56 236 1 dəq oxuma
Dünya

“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa edib

“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa edib

“Yandex Maps” Rusiyanın hərbi-sənaye kompleksinə aid obyektləri xəritədən silməklə onların yerini təsdiqləmiş olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə rusiyalı istifadəçilər və media məlumat yayıb. 

 

Məsələn, Moskva şəhərində yerləşən “Avanqard” maşınqayırma zavodu artıq “Yandex” xəritəsində görünmür. Halbuki, həmin obyekt Google Maps xidmətində açıq şəkildə göstərilir.

 

 

Ekspertlər hesab edirlər ki, bu cür “bulanıqlaşdırma” (blurring) cəhdləri əks təsir yaradır – çünki konkret olaraq hansı obyektin hərbi əhəmiyyət daşıdığı bu üsulla birbaşa təsdiqlənmiş olur. 

 

Nəticədə “Yandex” bu məlumatları gizlətmək əvəzinə, təsdiq etmiş kimi görünür.

Məsələ sosial şəbəkələrdə və təhlükəsizlik dairələrində ciddi müzakirələrə səbəb olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər