00:00:00
Yazar
Admin User
23.01.2024 12:59 315 1 dəq oxuma
Dünya

Yapon şahzadəsi Aiko Qırmızı Xaçda işləyəcək

Yapon şahzadəsi Aiko Qırmızı Xaçda işləyəcək

İmperial İşlər Agentliyinin (Kunaicho) açıqlamasında Yapon şahzadəsi Aikonun universiteti bitirdikdən sonra karyerası haqqında məlumat verilib.

 

Müvafiq olaraq, şahzadə Aiko aprel ayında anası Masakonun fəxri prezidenti olduğu Yaponiya Qırmızı Xaç Cəmiyyətində müqavilə əsasında işə başlayacaq.

 

Aiko, "Mən Yapon Qızıl Xaç Cəmiyyətinin işində iştirak etməkdən xoşbəxtəm, həmişə işləməkdə maraqlı olmuşam" deyib. Yapon şahzadə, "Mən qətiyyətliyəm. Ümid edirəm ki, cəmiyyətin bir üzvü olduğumu bilərək,çox çalışaraq insanlara və cəmiyyətə bir az kömək edəcəm" deyərək qiymətləndirməsini etdi.

 

İş şəraiti açıqlanmayan Aikonun paytaxtın Minato bölgəsindəki Yaponiya Qızıl Xaç Cəmiyyətinin qərargahına gedəcəyi bildirilirdi. Qakushuin Universitetinin Ədəbiyyat fakültəsinin Yapon dili və ədəbiyyatı fakültəsinin 4-cü kurs tələbəsi olan 22 yaşlı Aiko məzunluq dissertasiyasını Yapon orta əsr klassik “Vaka” şeirləri üzərində yazıb. Yapon Qızıl Xaç Cəmiyyətinin açıqlamasında, növbə zamanı “Yapon şahzadəsinin rahat işləyə bilməsi üçün hərtərəfli hazırlıqların görülməsinin” nəzərdə tutulduğu bildirilib.

 

Mənbə: TRTHaber

Tərcümə etdi: Aytac Kərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər