00:00:00
Yazar
Admin User
23.12.2025 18:58 98 1 dəq oxuma
Dünya

Yaponiya ayı hücumlarına qarşı süni intellektdən istifadə edir

Yaponiya ayı hücumlarına qarşı süni intellektdən istifadə edir

Yaponiyada artan ayı hücumları ilə mübarizə aparmaq üçün süni intellekt ilə dəstəklənən müşahidə sistemi ölkə üzrə yayılmağa başlayır.

 

Japan Today saytının xəbərinə görə, ölkədə artan ayı hücumlarına qarşı rəsmi adı “Zərərli heyvanlar üçün süni intellekt əsaslı avtomatik aşkar etmə və xəbərdarlıq sistemi” olan müşahidə sistemi istifadə olunur.

 

İngilis dilində ayı mənasını verən “Bear” sözünün ilk hərfinə işarə olaraq “B Alert” (B xəbərdarlığı) adlandırılan bu sistem, bəzi yaşayış məntəqələrinin yaxınlığına, dağlıq ərazilərə və çay sahillərinə yerləşdirilən kameralar vasitəsilə görüntü toplayır.

 

Kameralar ayı aşkarladıqda sistem avtomatik olaraq görüntüləri e-poçt vasitəsilə yerli idarəetmə orqanlarına və müvafiq tərəflərə göndərir.

 

Ayının mövcudluğunu rəsmi şəxslərin şəxsən təsdiqləməsinin yerini tutan və uzaqdan təsdiqləməyə kömək edən bu sistem sayəsində, rəsmi şəxslər ərazi sakinlərini əvvəlki tətbiqə nisbətən 30 dəqiqə daha erkən xəbərdar edə bilirlər.

 

Toyama, Fukui və Kobe kimi bölgələrdə istifadəyə verilmiş bu sistemin ölkə üzrə müxtəlif şəhərlərdə tətbiq ediləcəyi bildirilib.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər