00:00:00
Yazar
Admin User
23.09.2025 06:48 66 1 dəq oxuma
Dünya

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir

Yaponiya BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Yaponiyanın NHK kanalı məlumat yayıb. Kanalın xəbərinə görə, Baş nazir İşiba Şiqeru BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi debatında Təhlükəsizlik Şurasında islahatlara çağırış edəcək.

 

Güman olunur ki, Baş nazir Təhlükəsizlik Şurasının fəaliyyətinin pozulduğunu söyləyəcək və şuradakı yerlərin sayının artırılmasının vacibliyini vurğulayacaq.

 

Qeyd edək ki, Yaponiyanın Baş naziri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka yola düşüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər