00:00:00
Yazar
Admin User
14.08.2023 13:33 310 2 dəq oxuma
Dünya

YAPONİYA ÇİNƏ QARŞI

YAPONİYA ÇİNƏ QARŞI

Amerika Birləşmiş Ştatları Yaponiya ilə birlikdə Çinə qarşı müharibəyə hazırlaşır. Hərbi tədbirlər gücləndirilir. Mövcud vəziyyətin sonu nə olacaq? Çin necə qarşılıq verəcək.

Çinə qarşı olan BŞ və Yaponiya koalisiyası son zamanlar rəsmi Pekinə qarşı daha ciddi təhlükə yaradacaq tədbirlər planlayıb. Yaponiyadakı siyasi dairələr ölkənin Tayvan müharibəsinə fəal şəkildə hazırlaşması və Vaşinqtonla birlikdə Çinə qarşı birləşməyə hazır olduqlarına dair bəyanatlarını hər gün təkrarlayır. Hakim partiyanın nüfuzlu həmsədri olaraq qalan Yaponiyanın keçmiş baş naziri Taro Aso Yaponiyanın ABŞ və digər müttəfiqləri ilə birlikdə Tayvanı müdafiə etmək üçün aydın və birmənalı qətiyyət nümayiş etdirəcəyini bildirib.

Passiv xarici siyasəti ilə tanınan Yaponiya Çindən artan təhlükə hissi ilə siyasi gedişlərində sərt manevrlara keçid edib. Belə ki, Dünyanın üçüncü ən böyük iqtisadiyyatı olan Yaponiya hətta müdafiə büdcəsini kəskin şəkildə artırmaq qərarına gəlib. Yaponiyanın müdafiə xərclərini artırmaq qərarının Çinə qarşı hazırlanan abş planın bir hissəsi olduğu və məhz ağ evin təşviqi ilə verildiyi düşünülürdü. Lakin ölkənin Nazirlər Kabineti bu məsələyə münasibət bildirərək bu manipulyativ şərhin Çin tərəfdən tirajlandığını bəyan edib. Bu müstəvidə Müdafiə və iqtisadi gücünə görə dünya digər nəhənglərindən sayılan Çinlə Yaponiya arasında istənilən toqquşma riski bu ölkələr üçün hərbi və iqtisadi fəlakətlə nəticələnə bilər. Elə bu səbəbdəndir ki, ekspertlər mümkün müharibə riskini real saymır. Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, Yaponiyanın burda bir neçə məqsədi var, bunlardan birincisi odur ki, Yaponiya Sakit okeanın hövzəsini öz nüfuz dairəsi olaraq görür və burda Çinin güclənməsini istəmir. Yaponiyanın həm Cənubi Koreyayla, həm Tayvanla, Avstraliya və Yeni Zenlandiyayla, Filippinlə çox gözəl əlaqələr qurub. “Çinin bu ölkələr üzərində xüsusi təsir qazanmasını istəmir. Regional rəqabətlər Çin ilə. İkinci məsələ ondadır ki, artan hərbi gücü Yaponiyanı narahat edir. Yaponiya sırf ABŞ-ın hərbi müdafiəsinə arxayındısra, artıq özü də hərbi güclənməyə çalışır”.

Anti-Çİn ideologiyalı ABŞ-Yaponiya koalisiyası birgə hərəkət üçün məlumat mübadiləsini effektivləşdirmək üçün ikitərəfli informasiya təhlili mərkəzi də yaradılacaq. Hətta iki ölkə arasında qərargah açması təşəbbüsü belə yeni təhlükəli planlar sırasında var.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər