00:00:00
Yazar
Admin User
19.11.2025 14:53 105 1 dəq oxuma
Dünya

Yaponiya hökuməti hərbi bazanın səs-küyü səbəbilə 25 milyon dollar təzminat ödəyəcək

Yaponiya hökuməti hərbi bazanın səs-küyü səbəbilə 25 milyon dollar təzminat ödəyəcək

Yaponiya hökuməti Tokionun yaxınlığında yerləşən Atsugi hərbi bazasının yaratdığı həddindən artıq səs-küy səbəbilə təxminən 25 milyon dollar (3,9 milyard yen) təzminat ödəməyə məcbur edilib.

 

Dövlət yayımçısı NHK-nın məlumatına görə, səs-küyün sağlamlıq problemlərinə yol açdığını iddia edən 8 minə yaxın sakinin şikayəti Yokohama Rayon Məhkəməsində araşdırılıb.

 

Məhkəmə bazadakı səs səviyyəsinin qanuni həddi aşdığını və əhaliyə ziyan vurduğunu təsdiqləyib. Həmçinin qərarda hökumətin əvvəlki məhkəmə hökmünə baxmayaraq lazımi tədbirləri görmədiyi və qanunu pozduğu qeyd edilib.

 

Kanaqava prefekturasının Yamato və Ayase şəhərləri arasında yerləşən Atsugi hərbi bazası ABŞ Sakit Okean Donanmasının ən böyük bazalarından biri sayılır. Bazada 2400 metrlik uçuş-enmə zolağı fəaliyyət göstərir.

 

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər