00:00:00
Yazar
Admin User
19.09.2025 16:06 67 1 dəq oxuma
Dünya

Yaponiya hələlik Fələstini tanımayacaq

Yaponiya hələlik Fələstini tanımayacaq

Yaponiyanın Xarici İşlər naziri bildirib ki, Tokio hələlik Fələstin dövlətini tanımayacaq, lakin ölkə İsrail və Fələstin arasında iki dövlətli həll tərəfdarı olaraq, məsələni “tanıyıb-tanımamaq” yox, “nə vaxt tanıyacağı” baxımından qiymətləndirir.

 

Nazir Iwaya mətbuat konfransında deyib:

“Fələstin dövlətinin tanınması çağırışlarının həm beynəlxalq ictimaiyyətdə, həm də Yaponiyada artdığının fərqindəyik. Amma hökumətin məsuliyyəti odur ki, iki dövlətli həllə aparacaq həqiqi yolları ciddi şəkildə araşdırsın və diplomatik səylərini bu istiqamətə yönəltsin".

 

Bəzi ABŞ müttəfiqləri BMT Baş Assambleyasında liderlərin görüşəcəyi növbəti həftədə Fələstin dövlətini tanımağa hazırlaşır. Məqsəd İsrailə Qazaya daha çox yardımın verilməsi və uzunmüddətli sülhün təmin edilməsi üçün təzyiq göstərməkdir.

 

Iwaya əlavə edib ki, Yaponiya İsrailin Qazada hərbi əməliyyatları genişləndirməsi kimi tək tərəfli addımlarını qəbuledilməz hesab edir və belə hallarda iki dövlətli həllin reallaşmasına maneə yaradılarsa, Tokio reaksiya verəcək.

 

Sual olunduqda ki, Yaponiya İsrail nazirləri üzərinə sanksiyalar da tətbiq edə bilərmi, Iwaya bildirib ki, hökumət potensial addımlarını dəyərləndirərkən Fələstin dövlətinin tanınması da daxil olmaqla heç bir variantı istisna etmir.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər