00:00:00
Yazar
Admin User
04.10.2025 16:12 103 1 dəq oxuma
Dünya

Yaponiya sahillərində 6 maqnitudada zəlzələ baş verib

Yaponiya sahillərində 6 maqnitudada zəlzələ baş verib

Yaponiyanın Honsyu adasının sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Yeraltı təkanların episentri təxminən 357 min insanın yaşadığı İvaki şəhərindən 78 km şimal-şərqdə, zəlzələ ocağı 47 km dərinlikdə yerləşib.


Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər