00:00:00
Yazar
Admin User
28.10.2025 18:27 99 1 dəq oxuma
Dünya

Yaponiya və ABŞ arasında münasibətlərin yeni qızıl dövrü haqqında saziş imzalanıb

Yaponiya və ABŞ arasında münasibətlərin yeni qızıl dövrü haqqında saziş imzalanıb

Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında yeni qızıl müttəfiq dövrü haqqında sazişləri, eləcə də kritik minerallar sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, ABŞ-nin Sakit Okean-Asiya regionunda mövqelərinin getdikcə gücləndirilməsi Çinlə artan rəqabət fonunda qiymətləndirilə bilər:

 

"Yaponiya ABŞ-nin bu regionda əsas müttəfiqlərindən hesab olunur. Məlumdur ki, Trampın Asiya regionuna marağı təkcə geosiyasi maraqlardan qaynaqlanmır, həm də resurs mübarizəsi baxımından önəm daşıyır. Tramp ABŞ-ni texnoloji baxımdan Çindən asılılıqdan qurtarmağa çalışır, Yaponiya bu mənada ABŞ üçün əsas müttəfiqlərdən sayılır. Əlbəttə ki, bu səfərdən sonra bu bölgədə ABŞ-lə rəqabət artacaq, belə ki, Çin bu regionda daha çox üstünlüyə sahib olmağa çalışır. Yaponiya Çindən fərqli olaraq Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləyir, bu baxımdan hesab etmək olar ki, Trampın Yaponiya səfəri bu regionda resurslar uğrunda, eləcə də geosiyasi mənada rəqabəti artıracaqdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər