00:00:00
Yazar
Admin User
30.07.2025 15:12 94 1 dəq oxuma
Dünya

Yaponiyada balinalar sahilə vurulub

Yaponiyada balinalar sahilə vurulub

Rusiyanın Kamçatka Yarımadası sahillərində baş verən 8,8 bal gücündə zəlzələdən sonra Yaponiya, ABŞ-nin qərb sahilləri, Havay və Alyaskada sunami xəbərdarlığı edilib. Yaponiyada sunami dalğaları ilə birlikdə balinalar da sahilə vurulub.

 

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, Kamçatka Yarımadası sahillərində baş vermiş 8,8 bal gücündə zəlzələ yerin cəmi 19 kilometr dərinliyində qeydə alınıb. Zəlzələdən dərhal sonra ABŞ-nin qərb sahilləri, Havay, Alyaska və Yaponiya da daxil olmaqla bir çox bölgədə sunami xəbərdarlığı edilib. Okean açığında yaranan sunaminin ilk dalğaları sahillərə çatmağa başlayıb.

 

Mütəxəssislər bildiriblər ki, balinalar sunami öncəsi sahil zolağında sürətlə dəyişən su səviyyələri və güclü axınlar səbəbindən sahilə çıxa bilərlər. Açıq dənizdə sunami dalğalarından təsirlənməyən balinaların, sahilə yaxınlaşan dalğaların çəkilmə təsiri ilə çimərlikdə ilişib qala bildiyi qeyd olunub.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər