00:00:00
Yazar
Admin User
01.09.2025 12:03 68 1 dəq oxuma
Dünya

Yaponiyada bələdiyyələr təcili hallarda vəhşi heyvanların vurulmasına icazə verə biləcək

Yaponiyada bələdiyyələr təcili hallarda vəhşi heyvanların vurulmasına icazə verə biləcək

Yaponiyada bələdiyyələrin təcili hallarda ayı və digər vəhşi heyvanların vurulmasına icazə verməsini nəzərdə tutan qanun dəyişikliyi qüvvəyə minib.

 

“Kyodo” agentliyinin məlumatına görə, ölkənin kənd yerlərində rekord səviyyəyə çatan ayı hücumları səbəbindən Yaponiyada vəhşi təbiətin mühafizəsinə dair qanunlarda dəyişiklik edilib.

 

Yeni qaydalara əsasən, bələdiyyə rəsmiləri xüsusi vəzifələndirilən ovçuların yaşayış məntəqələrində qəhvəyi və qara ayılar da daxil olmaqla vəhşi heyvanları vurmasına icazə verə biləcəklər.

 

Lakin bu icazə yalnız təhlükənin qarşısını almağın başqa üsulları mümkün olmadıqda və əhalinin atəşdən zərər görməyəcəyinə tam əmin olunduqda tətbiq ediləcək.

 

Rəsmilər bildiriblər ki, qanundakı dəyişikliklərin problemsiz həyata keçirilməsi üçün hökumət təlim proqramları hazırlayacaq və maddi dəstək göstərəcək.


TRT XƏBƏR

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər