Yaponiyada zəlzələ nəticəsində 202 nəfər ölüb
Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 202-yə yüksəlib.
Yaponiyanın qərbindəki İşikava prefekturasının qubernatorluğundan verilən açıqlamada, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə həyatını itirənlərin sayının 202-yə yüksəldiyi bildirilib.
Açıqlamada, ştat üzrə 28 mindən çox insanın təxliyyə məntəqəsində qaldığı, 3 min 300 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.
Yanvarın 9-da ölkə üzrə formal təhsilə başlansa da, iki həftəlik aralıq tətilindən sonra 80-dən çox məktəbdə dərslərin başlanması mümkün olmayıb.
Qeyd olunub ki, zəlzələ zamanı dərslərin başlaması mümkün olmayan məktəblərə ziyan dəyib.
Məlumat verilib ki, bütün Noto yarımadası üzrə taleyi məlum olmayanların sayı 102, müxtəlif xəsarətlərlə müalicə alanların sayı isə 565 nəfərdir.
Yaponiyanın baş naziri Kişida Fumionun kabineti regionun bərpası üçün 2023-cü maliyyə ilindən etibarən 4,7 milyard yen (33 milyon ABŞ dolları) maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.
Mənbə: TRT haber
Tərcümə edən: Zəhra Həsənova
