00:00:00
Yazar
Admin User
28.10.2025 18:25 95 1 dəq oxuma
Dünya

Yaponiyanın sabiq baş naziri Şinzo Abenin qətlində şübhəli günahını etiraf edib

Yaponiyanın sabiq baş naziri Şinzo Abenin qətlində şübhəli günahını etiraf edib

2022-ci ildə keçmiş baş nazir Şinzo Abe sui-qəsd nəticəsində Nara şəhərindəki açıq hava tədbirində öldürülüb. Hadisədən üç il sonra, Yamaqami Tetsuya adlı 45 yaşlı şübhəli ilk məhkəmə iclasında günahını etiraf edib.

 

Nara Rayon Məhkəməsində keçirilən proses 19 dinləmədən ibarət olacaq və hökmün 21 yanvar 2026-cı ildə elan edilməsi gözlənilir.

 

Şinzo Abe 2012–2020-ci illərdə Yaponiyada baş nazir olub və ölkənin ən uzun müddət vəzifədə qalan baş naziri kimi tarixə düşüb. Məhkəmə prosesi isə ölkədə geniş maraqla izlənilir və Abe-nin qətlinin səbəblərinin tam aydınlaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər