Yaponiyanın şimal-şərqində zəlzələ olub
Yaponiya Meteorologiya Agentliyi (JMA) cümə günü ölkənin şimal-şərqində 6,9 bal gücündə zəlzələ qeydə alındıqdan sonra verilmiş tsunami xəbərdarlığını ləğv edib. Agentlik zəlzələnin ilkin olaraq 6,7 balla qiymətləndirildiyini bildirib.
Yeraltı təkanlar Aomori prefekturasının sahillərində baş verib və bölgə sakinlərini yenidən təşvişə salıb. Zəlzələnin dayaz dərinlikdə baş verməsi dəniz dibini silkələdiyi üçün JMA dərhal Aomori və Hokkaydo prefekturaları üçün tsunami xəbərdarlığı yayıb.
Rəsmilər sahillərə 20 santimetrə çatan dalğaların daxil olduğunu təsdiqləyiblər. Dalğaların hündürlüyü böyük olmasa da, JMA kiçik tsunamilərin belə güclü cərəyanlar yarada biləcəyini xəbərdar edib.
Xəbərdarlıqlardan sonra Aomorinin bir neçə sahil qəsəbəsindən 6 000-dən çox sakin təxliyə olunub. Yerli televiziya kanalı NHK-nın görüntülərində əhalinin təyin olunmuş sığınacaqlara köçürüldüyü, həmçinin gəmilərin ehtiyat məqsədilə limanlardan açıq dənizə doğru hərəkət etdiyi əks olunub.
ANEWZ
Güllər Gülhüseynova