Yaşlı kişi metroya yıxılıb
Bursada metro stansiyasında ağlasığmaz hadisə baş verib. Stansiyada oyun oynayan uşaqların qaçışdığı vaxt dəydikləri yaşlı kişi metro ilə divar arasında sıxılıb. Onun səhhətinin yaxşı olduğu öyrənilib.
Hadisə mərkəz Osmangazi rayonunun Şehreküstü məhəlləsində yerləşən metro stansiyasında baş verib. Məlumata görə, stansiyada qaçışan bir qrup uşaq yaşlı kişiyə dəyib. Zərbənin təsiriylə kişi metro ilə divar arasında sıxılıb.
Xoşbəxtlikdən, vəziyyəti tez anlayan vətəndaşlar dərhal metronu saxlayıb və başından yaralanan Abdulkadir K.-ya köməyə qaçıblar. Çağırılan təcili tibbi yardım əməkdaşları hadisə yerində ilkin müdaxilə edib, sonra isə onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Şəxsin sağlamlıq durumunun yaxşı olduğu bildirilib.
Haber Global
Nigar Xəlilli