00:00:00
Yazar
Admin User
04.09.2025 15:30 153 2 dəq oxuma
Siyasət

“Yaxın günlərdə Vladimir Putinlə danışacağam”

“Yaxın günlərdə Vladimir Putinlə danışacağam”

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparacağını açıqlayıb.

Bunu Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşü zamanı deyib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparması müharibənin taleyini həll etməsə də, əhəmiyyətli dərəcədə dəyişə bilər:

 

"Çünki artıq Avropa İttifaqının üzv ölkələri də Rusiyaya qarşı ciddi addımlar atırlar və yeni sanksiyalara start verilə bilər. Həmçinin ABŞ-nin özü də Rusiyaya qarşı təzyiqlərini artıra bilər. Bu gözlənilən danışıq bir növ xəbərdarlıq xarakterlidir. Doğrudur, ABŞ-Rusiya münasibətləri o qədər də gərgin deyil, bütün danışıqlara, görüşlərə qapılar açıqdır. Lakin elə bir mərhələ gələ bilər ki, vəziyyət dəyişər və müharibənin daha dəhşətli mərhələsinə qədəm qoyulmuş olar. Şübhəsiz ki, Tramp bunu anlayır və odur ki, bir daha danışıqlara yer saxlayır. Putin isə geri çəkilməyə meylli deyil, əksinə öz maraqlarını, şərtlərini diktə etmək istəyir. Polşa Prezidenti ilə görüşdə səsləndirilməsi və Putinin qərarından razı qalmayacağı təqdirdə bunun nəticələrinin olacağını da qeyd etməsi danışıqlar öncəsi Rusiya liderinə və dünya ictimaiyyətinə mesaj xarakteri daşıyır. Yəni, artıq ABŞ sonsuza qədər Rusiyanın sülhə gəlməsini gözləyə bilməz. Artıq nəticə ortaya qoyulacaq.

 

Tramp-Putin danışıqlarının Ukrayna müharibəsinin gedişinə nə kimi təsir göstərəcəyi isə danışıqdan sonra məlum olacaq. Mümkündür ki, Rusiya geri addım atsın və sülhə bir addım yaxınlaşılmış olsun. Yaxud eyni mövqedən çıxış etsə, qeyd etdiyimiz kimi, ABŞ hər bir halda real nəticə ortaya qoya bilər. Bu da ABŞ-nin ciddi və daha təsirli sanksiyaları, Avropa İttifaqı ölkələrinin təsirləri ilə mümkündür".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər