Yaxın Şərq böhranı: İran Hörmüz boğazında iki gəmi ələ keçirib
Livanda hücumdan sonra ikinci fransız sülhməramlı həlak olub
"İnformator.az" "The Guardian"a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Macron bildirib ki, Livanda “Hezbollah döyüşçülərinin ağır yaraladığı ikinci fransız sülhməramlı aldığı xəsarətlərdən həyatını itirib".
Anicet Girardin şənbə günü baş verən hücum zamanı yaralanıb. Həmin hücumda digər fransız sülhməramlı - Florian Montorio da həlak olub.
Macron X sosial şəbəkəsində yazıb:
“Suippes şəhərində yerləşən 132-ci Kinoloji Piyada Alayının əsgəri Anicet Girardin, Livandan dünən vətənə gətirilib. O, orada Hezbollah döyüşçüləri ağır yaralayıb bu səhər aldığı xəsarətlərdən vəfat edib.
O, Fransa uğrunda həyatını itirib.”