00:00:00
Yazar
Aysel Mirzəyeva
23.04.2026 19:14 23 2 dəq oxuma
Siyasət

“Yaxın Şərqdə hərbi gərginliyin müəyyən qədər azalması nəzərdə tutulur” - ŞƏRH

“Yaxın Şərqdə hərbi gərginliyin müəyyən qədər azalması nəzərdə tutulur” - ŞƏRH

Türkiyə Xarici İşlər Nazirliyi naziri Hakan Fidan İshaq Dar ilə telefon söhbəti zamanı ABŞ-İran danışıqlarını müzakirə edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-İran danışıqları ətrafında diplomatik aktivliyin artması göstərir ki, proses yalnız iki ölkə arasında deyil, daha geniş regional kontekstdə qiymətləndirilir:

 

“Bu danışıqlar uğurlu olarsa, ilk növbədə Yaxın Şərqdə hərbi gərginliyin müəyyən qədər azalması nəzərdə tutulur. Xüsusilə enerji marşrutları, Hörmüz boğazı ətrafında təhlükəsizlik və regionda proksi qarşıdurmaların intensivliyi bu prosesdən birbaşa təsirlənə bilər. Əks halda, yəni danışıqlar nəticəsiz qalarsa, eskalasiya riski artar ki, bu, təkcə İran və ABŞ deyil, bütün region ölkələri üçün qeyri-müəyyənlik yaradar. Türkiyə və Pakistanın bu prosesə marağı təsadüfi deyil. Türkiyə artıq uzun müddətdir ki, regional vasitəçi rolunu gücləndirməyə çalışır və müxtəlif münaqişələrdə dialoq platforması kimi çıxış edir. Pakistan isə həm müsəlman dünyasında mövqeyi, həm də ABŞ və Qərb ilə əlaqələri səbəbilə balanslaşdırıcı aktor kimi çıxış edə bilər. Hər iki ölkə üçün əsas prioritet regionda böyük müharibə riskinin qarşısını almaqdır. Bu müzakirələrin Yaxın Şərqdə sabitliyə təsiri isə birbaşa danışıqların nəticəsindən asılı olacaq. Əgər tərəflər müəyyən kompromislərə gələ bilsə, bu, regionda diplomatiyanın ön plana çıxmasına və qarşıdurma ritorikasının zəifləməsinə gətirib çıxara bilər. Lakin hazırkı mərhələdə proses hələ də həssas və qeyri-müəyyəndir. ABŞ və İran arasında qarşılıqlı etimadın zəif olması, tərəflərin maksimalist mövqeləri və regiondakı digər aktorların maraqları bu danışıqları mürəkkəbləşdirir”.


Aytac İbrahimova

#hərbi #müəyyən #şərh #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər