Yaxın Şərqdə dönüş nöqtəsi
İsrail və HƏMAS arasında uzunmüddətli münaqişəyə son qoya biləcək yeni sülh razılaşması imzalanıb.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu razılaşma bütövlükdə Yaxın Şərqdə gərginliyin azaldılacağına dair ümidləri artırır:
“İsrail və HƏMAS nümayəndələri arasında sülh planının birinci mərhələsi ilə bağlı əldə edilən razılaşma sözsüz ki, tarixi razılaşmadır. Məlumdur ki, atəşkəs razılaşması özündə İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur. Tərəflərin əldə olunan razılaşmaya nə qədər sadiq qalacağını və bu razılşmanın real sülhün əldə olunması üçün yetərli olub-olmayacağını təbii ki, zaman göstərəcək. Xüsusilə də İsrailin bütün Qəzza ərazisini tərk edib-etməyəcəyi, HƏMAS-ın silahı yerə qoyub-qoymayacağı, Qəzzanın gələcək idarəçiliyində kimlərin yer alacağına dair fikir ayrılıqlarının necə həll olunacağı müəmmalı olaraq qalır. Başqa sözlə Qəzzada real sülhün əldə olunması üçün hələ çox iş görmək lazımdır. Amma hazırda fakt ondan ibarətdir ki, atəşkəslə bağlı razılaşma var və bu Qəzzada insan ölümünə son qoyulması, humanitar böhranın aradan qaldırılması üçün olduqca vacibdir. Razılaşmanın digər ərəb ölkələri tərəfindən də dəstəkləndiyi və bundan sonra da dəstəklənəcəyinə şübhə yoxdur. Çünki İsrailin Həmasla iki ildir davam edən müharibəsi bütün regionu gərginlik ocağına çevirib. Qəzzalalıran qonşu ərərb ölkələrinə köçürülməsi kimi təkliflər, İsrailin müharibə coğrafiyasını genişləndirmək cəhdləri, Qətərin bombalanması, Qəzzadan qaçqın axını və s. bu kimi səbəblər qonşu ərəb ölkələrini ciddi şəkildə narahat edib. Real sülhün əldə olunması halında isə bundan təkcə Qəzzalılar və Fələstin xalqı yox, həm də ərəb ölkələrinin qazanacağına şübhə yoxdur”.
Politoloq eyni zamanda açıqlamasında bildirib ki, Çinin, nə də Rusiyanın prossesə müdaxilə imkanları yoxdur:
“Onların əldə olunan razılşamanı alqışlamaqdan başqa yolları qalmır. Razılaşmanın regional güclər arasında rəqabətə yol açağını da proqnozalşdırmaq mümkündür. Tramp planının qəbul olunmasında Türkiyə, Misir və Qətərin vasitəçi qismində iştirakı təbii ki, Qəzzanın gələcək idarəçiliyində bu ölkələrin də bu və ya digər şəkildə iştirakı üçün müəyyən imkanlar açır. Türkiyənin vasitəçi və regional güc olaraq Suriyada olduğu kimi Qəzzada da öz nüfuzunu möhkəmləndirməyə çalışacağını proqnozlaşdırmaq olar. Trampın HƏMAS-ı razı salmaq üçün daha çox Türkiyənin mövqeyinə üstünlük verməsi və razılşamanın əldə olunmasında Türkiyə, Misir və Qətərin adını çəkdikdə Ərdoğanın verdiyi töhfəni xüsusi olaraq qeyd etməsi onu deməyə əsas verir ki, Tramp Yaxın Şərqin yenidən dizaynında Türkiyəyə olduqca böyük önəm verir”.
Bayramlı Zəri
