00:00:00
Yazar
Admin User
11.08.2023 09:14 430 3 dəq oxuma
Dünya

Yaxın Şərqdə ən mühüm sülh razılaşması

Yaxın Şərqdə ən mühüm sülh razılaşması

Səudiyyə Ərəbistanı və İsrail arasındakı münasibətlər normallaşır. Hətta tərəflərin əldə etdiyi razılaşmanın detallarının 1 il ərzində dəqiqləşdiriləcəyi iddia edilir. İllərdir diplomatik münasibətləri olmayan iki ölkəni bir arayan gətirən isə Amerika Birləşmiş Ştatlarıdır. Bütün bu iddiaların fonunda Ağ evin Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşmasına xidmət edən siyasətinin səbəbləri var.

Səudiyyə Ərəbistanının İsraili tanımasını tələb edən razılaşmanın konturları üzərində konsensusun əldə edildiyi iddia edilib. “Wall Street Journal”da dərc olunan məqaləyə əsasən Ər-Riyad və Təl-Əviv normallaşma şərtləri, o cümlədən fələstinlilərə güzəştlərlə bağlı məhz ABŞ-nin təhlükəsizlik zəmanəti üzərindən danışıqlar aparır. Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iki həftə əvvəl Ciddədə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündən sonra tərəflər arasında danışıqlar sürətlənib. Bu normallaşma prosesi Yaxın Şərqdə bir nəslin görəcəyi ən mühüm sülh razılaşması kimi xarakterizə edilir.

Mütəxəssislərin fikrincə, razılaşmanın ən çətin tərəfi İsrailin Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmaq müqabilində fələstinlilərə tanıyacağı  güzəştlərdir. Lakin o da məlumdur ki, Tarixinin ən sağçı höküməti tərəfindən idarə edilən  İsrail  müstəqil Fələstin dövlətinin qurulmasına yol açacaq təklif verməyəcək. “Normallaşmanın İsrail tərəfində əsas fiqur Baş nazir Benyamin Netanyahudur. Əvvəla, Səudiyyə Ərəbistanının beynəlxalq və regional siyasətdəki strateji gücü İsrailin Netanyahunun dövründə əlini gücləndirə bilər. Ər-Riyadla normallaşma ərəb dünyasının tətbiq etdiyi “təcrid”i aradan qaldırmaq baxımından İsrail üçün vacib hesab edilir. İkincisi, mümkün normallaşma Netanyahunun daxili siyasi çağırışlarla mübarizəsini asanlaşdıra bilər. Bir çox səbəbdən etirazlara məruz qalan Netanyahu hökuməti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdıraraq daxili siyasətdəki təlatümlü prosesi istisna etmək istəyir”.

Digər tərəfdən ABŞ-nin normallaşma prosesində fəal iştirakı maraq doğurur. Bunlardan birincisi və ən mühümü onun qlobal güc mübarizəsindəki mövqeyi ilə bağlıdır. Məlum olduğu kimi, İran-Səudiyyə Ərəbistanı əlaqələrinin bərpası Çinin paytaxtı Pekində baş tutmuşdu. Və bununla da bir növ Çin Yaxın Şərq siyasətində təsirinin artırdığını nümayiş etdirdi. Elə buna görə Birləşmiş Ştatlar regiondakı hegemonluğunu Çinə uduzmaq istəmir.

Vacib hesab edilən digər məqam isə 2024-cü ildə keçiriləcək prezident seçkisidir. Bayden administrasiyası İsrailin və yəhudi lobbisinin dəstəyini qazanmaq üçün Təl-Əvivin “ərəb küçəsi”ndə tanınması üçün böyük səylər göstərir. “Səudiyyə Əərbistanı bu normallaşmadan kozır kimi istifadə edə bilər. Vəliəhd şahzadə Məhəmməd bin Salman Səud Səudiyyə Ərəbistanının nüvə proqramının ABŞ-nin köməyi ilə inkişaf etdirilməsini tələb edə bilər. Bir çox qurum və təşkilatların, xüsusən də ABŞ Senatının bu tələbə qarşı çıxacağı gözlənilir. Vəliəhdin ABŞ-dən tələb etdə biləcəyi digər məsələ isə Qaşıqçı məsələsinə görə tətbiq edilən sanksiyaların aradan qaldırılmasıdır”.

Normallaşma prosesinə mane olan bir sıra proseslər  var. Bunlardan birincisi İsrail tərəfindən paytaxtı Qüds olan Fələstinin hələ də tam şəkildə dövlət kimi tanınmamasıdır. Digər səbəb regional balansların dəyişməsidir. Ər-Riyad və Tehran arasında normallaşma onun İsrailə ehtiyacını azaldır, eləcə də bu məqamda Səudiyyə Ərəbistanı İranla arasında olan sbaitliyi riskə atmaq istəmir.

Qeyd edək ki, Sorğulara əsasən ərəb dünyasının təxminən 80 faizinin İsraillə normallaşmaya qarşıdır.  Buna görə də Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma  ABŞ-nin təşviqi  ilə gündəmə gətirilsə də,  bu diplomatik prosesin qısa müddətdə reallaşması çətin görünür.

 

LEYLA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər