“Yaxın zamanda HƏMAS-İsrail arasında sabitlik gözlənilmir”
Fransa Prezidenti Emmanuel Makron ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub. Söhbət zamanı Makron İsrailin Dohaya zərbələrinə baxmayaraq, HƏMAS hərəkatı ilə girovların azad edilməsi istiqamətində danışıqların bərpasının zəruriliyini bildirib.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Fransanın xarici siyasət konsepsiyasında Ərəb dünyası ilə eyni zamanda, bütün Şərq dövlətlərinin əlaqələrini inkişaf etdirilməsi hər zaman prioritet istiqamətləri sırasında olub:
"Xüsusilə rəsmi Doha ilə münasibətlər bir çox Qərb dövlətləri üçün önəmli istiqamətlərdən birini formalaşdırır. Qətərin vasitəçilik missiyası, Qərblə region dövlətləri arasında münasibətlərin tənzimlənməsi və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bağlı oynadığı rol nəzərə aldıqda bu təsadüfi xarakterli bir yanaşma deyil. Ona görə də Qətər Fransa münasibətlərində, iki tərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olaraq qiymətləndirə biləcək addımlar da müşahidə edə bilirik. Amma bu heç bir halda onsuz Fransanın region da vasitəçilik missiyası, ya da hər hansı bir formada artan rolu müşahidə oluna biləcək addımlar deyil. Çünki Fransaya münasibətdə region dövlətlərinin kifayət qədər çəkingən mövqeyinin olması tarixə təcrübə, tarixi yaddaşla təsbit olunub. Əvvəlki müstəmləkə dövlətləri ilə münasibətlərdə hər zaman ehtiyatlı mövqedən çıxış etməyə yanaşması Ərəb dünyasında daha çox üstünlük təşkil edir. Ona görə də Qətərlə olan münasibətlərini inkişaf etdirilməsi bütövlükdə regional münasibətlər də Fransanın rolunun artması kimi qiymətləndirilə bilməz. Amma İsrailin hücumları fonunda atəşkəs savaşlarını bərpa olunması ilə bağlı qeyd olunan mesaj önəmlidir”.
Politoloq qeyd edib ki, həm girovların qaytarılması, həm də ümumiyyətlə atəşkəsin bərpa olunması istiqamətində bütün tərəflər səylərini davam etdirməlidirlər:
“Fransa nə qədər səmimidir ya da bu prosesdə hər hansısa formada fəal rol oynaya bilərmi? Bu ciddi sual yaradan məqamlardan biridir. Qətərin rolu istinsa edilə bilməz. Ona görə də İsrailin hücumları fonunda hər hansısa formada HƏMAS-ın proseslərə cəlb olunmasında müəyyən passivlik nümayiş etdirilməsi, HƏMAS-la danışıqların davam etdirilməsi cəhdlərini dayandırılması heç bir halda qəbul edilə bilən yanaşma deyil. Hər iki tərəf həm atəşkəs şərtlərinin qəbul olunması, həm də şərtlərə ciddi şəkildə əməl edilməsi istiqamətdə mütləq şəkildə razılığa gəlməlidirlər. Çox təəsüf olsun ki, əldə olunan razılıqlar və çox qısa müddətdə razılıqlar üzrə əldə olunan şərtlərin gözardı edilməsi onu deməyə əsas verir ki, yaxın müddətdə biz Orta Şərqdə, xüsusilə də HƏMAS-la İsrail arasında atəşin dayanacağı, sabitliyin təmin olunacağı şəraitin formalaşmasını gözləyə bilmərik”.
Nuray Əliyeva