00:00:00
Yazar
Elmira Ağayeva
07.08.2026 22:28 28 2 dəq oxuma
Sosial

Yay istilərində diabet xəstələri nələrə diqqət etməlidir?

Yay istilərində diabet xəstələri nələrə diqqət etməlidir?

 

Yay mövsümündə yüksək temperatur diabet xəstələrinin orqanizmində susuzlaşma, qan şəkərinin dəyişməsi və digər sağlamlıq problemləri riskini artıra bilər. Bu səbəbdən isti havalarda qidalanma, maye qəbulu, fiziki aktivlik və dərmanların düzgün istifadəsinə xüsusi diqqət yetirilməsi vacibdir.


Mövzu ilə bağlı Professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, istənilən diabetli xəstə özündə diabet aşkar olunan anda həyat tərzini dəyişməlidir:


"Ümumiyyətlə, şəkərli diabet xəstələrinin əsas işi şəkəri tənzimləməkdir. Bunun üçün karbohidratlı qidalarla bədəni qətiyyən yükləməmək, əksinə, rasionda onları mümkün qədər minimuma endirmək lazımdır, çünki demək olar ki, hər şeydə karbohidrat var. Ona görə də şəkərli diabetli xəstələrin əsas böyük bəlası bədəni karbohidratla yükləməkdir. Diabet xəstələrinin digər ciddi bir problemi, əlbəttə ki, qidalanma ilə yanaşı az hərəkətlilikdir. Bütün şəkərli diabetli xəstələr az karbohidrat qəbul etməli, gün ərzində maye qəbul etməli və çox hərəkət etməlidirlər ki, qanda toplanan qlükoza əzələlər tərəfindən sərf oluna bilsin. Şəkərli diabetli xəstələr buna riayət etdikdə şəkəri tənzimləmək olur. Söhbət ikinci tip şəkərdən gedir. Birinci tip diabet insulindən asılı diabet, əlbəttə, artıq genetik faktorlara bağlıdır, onun müalicəsi və tənzimlənməsi bir balaca fərqlidir. Metabolizmə, həyat tərzinə bağlı olan şəkərli diabet, yəni ikinci tip diabet mütləq və mütləq bu üç faktordan keçməlidir: xəstələr karbohidratı, şirin şeyləri, karbohidratlı qidaları rasionda maksimum məhdudlaşdırmalı, onu mümkün minimuma endirməli, gün ərzində bol maye qəbul etməli və hərəkət etməlidirlər.
​Bax bu üç faktorla şəkərli diabetlə yanaşı yaşamaq mümkündür, çünki bilirsiniz ki, diabet tam aradan qalxan bir xəstəlik deyil. Nə qədər olmasa da, o xəstəlik hansısa bir formada qalır: insulin rezistentliyi fonunda və yaxud da digər fonda. Ona görə düşünürəm ki, istənilən diabetli xəstə özündə diabet aşkar olunan anda həyat tərzini dəyişməlidir. Bu, onun yaşam qərarı olmalıdır".


Samirə Allahverdizadə

#Diabet #yaymövsümü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər