00:00:00
Yazar
Zəri Bayramlı
21.04.2026 20:50 133 2 dəq oxuma
Siyasət

Yeni dünya nizamında regional aktorların yüksəlişi-Antalya Diplomatiya Forumu

Yeni dünya nizamında regional aktorların yüksəlişi-Antalya Diplomatiya Forumu

Qlobal siyasətdə qüvvələr balansının sürətlə dəyişdiyi, geosiyasi gərginliklərin artdığı və beynəlxalq münasibətlərin yeni mərhələyə keçir. Belə bir dövrdə çoxtərəfli dialoq platformalarının rolu xüsusi əhəmiyyət kəsb edir. Dünya liderlərini və ekspertləri bir araya gətirən bu forum, həm müasir diplomatiyanın prioritetlərini müəyyənləşdirir, həm də regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradır.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlmasında bildirib ki, qlobal sistem təkqütblüdən çoxqütblüyə keçdikcə, bu forum aktorlar arasında etimad və “yumşaq koordinasiya” üçün mühüm rol oynayır:

 

“Antalyada keçirilən Antalya Diplomatiya Forumu mövcud geosiyasi reallıqlar fonunda müzakirə platforması olmaqla yanaşı, həm də normativ gündəmin formalaşdırıldığı çevik diplomatik məkandır. Qlobal sistemin təkqütblü strukturdan uzaqlaşaraq daha mürəkkəb və çoxqütblü xarakter aldığı bir mərhələdə bu forum müxtəlif aktorlar arasında etimad quruculuğu və “yumşaq koordinasiya” üçün vacib rol oynayır. Ənənəvi platformalardan fərqli olaraq burada sərt bloklaşma deyil, dialoq və vasitəçilik ön plana çıxır ki, bu da artan regional münaqişələr və sistemik rəqabət şəraitində xüsusi əhəmiyyət kəsb edir. Forum həmçinin Türkiyənin “mərkəzi oyunçu” kimi mövqeyini gücləndirməklə yanaşı, regional güclərin qlobal gündəmdə daha görünən olmasına imkan yaradır”.

 

Züriyə Qarayeva platformanın əsas fərqini onun inklüziv və çevik arxitekturasında görür:

 

“Bu platformanı fərqləndirən əsas cəhət onun daha inklüziv və çevik diplomatik arxitekturaya malik olmasıdır; yəni yalnız böyük güclər deyil, orta güclər və inkişaf etməkdə olan ölkələr də burada aktiv söz sahibidir. Bu baxımdan Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şahbaz Şərif arasında formalaşan üçtərəfli əməkdaşlıq xüsusi diqqət çəkir. Bu xətt enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və müdafiə əməkdaşlığı kimi sahələrdə daha dərin institusional inteqrasiyaya doğru inkişaf edə bilər. Xüsusilə, Orta Dəhliz və regional logistika layihələri fonunda bu üçlük yalnız regional deyil, Avrasiya miqyasında yeni strateji konfiqurasiyanın əsas dayaqlarından birinə çevrilmək potensialına malikdir”.


Zəri Bayramlı

#diplomatiya #xəbər #yüksəlişi-antalya #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər