00:00:00
Yazar
Admin User
24.07.2023 10:56 294 2 dəq oxuma
Dünya

Yeni mərmilərin Ukrayna üçün əhəmiyyəti - Ekspertlər açıqlayır

Yeni mərmilərin Ukrayna üçün əhəmiyyəti - Ekspertlər açıqlayır

Ukrayna yeni mərmilərin istehsalına start verir. Yaxın zamanda başlayacaq hərbi sursat istehsalı ilə bağlı demək olar ki, bütün hazırlıqlar aparılıb.

 

İnformator.az xəbər verir ki, Nato çaplı mərmilər yüksək performansa və dağıdıcı gücə sahib olacaq. Mütəxəssislər bildirirlər ki, Ukraynanın mərmi istehsalı müharibənin gedişatını bir neçə aspektdən dəyişə bilər. Söhbət rəsmi Kiyevdə istehsal olunacaq NATO çaplı mərmilərdən gedir. Belə ki, ötən ildən mərmi proqramına başlayan və 82, 120, 122 mm-lik mərmilər istehsal edən ölkə indi də 155 mm kalibr NATO standartlı və məsafə, dağıdıcılıq baxımından daha güclü olanının istehsalını planlaşdırır.

 

Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, bu gün NATO standartlarında artilleriya qurğularında istifadə edilən ən yüksək texniki xüsusiyyətlərə malik ən keyfiyyətli və dağıdıcı gücə malik olan mərmilər mövcuddur. Buna görə də bütün NATO ölkələri özüyeriyən artilleriya qurğularının bu mərmilərinin fərqli matifikasiyaları ilə təmin olunur: “Mərmilərin istehsalında həm dövlət, həm də özəl şirkətlər iştirak edəcək. Ukraynaya bu mərmilər xaricdən alınanlardan 3 dəfə ucuz başa gələcək. Xüsusilə, 122 mm-lik və ya 152 mm-lik mərmilər. Yerli istehsal silah idxalını azaltmayacaq. Çünki Rusiya ilə müharibə səbəbindən Ukraynanın daha çox hərbi sursata ehtiyacı var”.


Hərbi ekspert Azər Bayramov bu addımın Ukrayna ordusunda müsbət tərəfə aparacağına inanır: “Nəzərə alsaq ki, bu gün istər Rusiya, istərsə də Ukrayna cəbhəsində əsas çatışmazlıqlardan biri mərmidir. Bu mərmilərin Ukraynada daha ucuz istehsal olunması, əlbəttə ki, daha bir avantajdır. Habitsaların istifadə olunması və Ukrayna hərbi qüvvələrinə təchizatın daha tez çatdırılması əlbəttə müsbət qiymətləndirilməlidir. Mən elə hesab edirəm ki, artıq belə bir addımın atılması gecikmiş olsa da, Ukrayna üçün uğurludur”.


Mütəxəssislər hesab edirlər ki, yerli istehsal logistik baxımdan da Ukrayna üçün səmərəli olacaq. Çatdırılmada zaman itkisi yaşanmayacaq.


Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər