Yeni nazirlik yaradılır
Prezident Administrasiyası Kabinetində dəyişiklik olub-olmayacağı müzakirə olunarkən yeni bir inkişaf baş verib. Kabinetdə yeni nazirliyin yaradılması üçün işlərə start verilib.
Zəlzələ, sel, meşə yanğınları kimi fəlakətlərlə mübarizə aparan Türkiyə yeni işlərə başlayıb. Bələdiyyələrə bağlı yanğınsöndürmə xidmətləri də daxil olmaqla, fəlakətlə bağlı dövlət qurumlarının birləşdiriləcəyi Fəlakət Nazirliyinin yaradılması üçün işlərə start verilib.
“Dünya” qəzetində yer alan xəbərə görə, yeni yaradılacaq nazirliyin fəlakət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, azaldılmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi və nəzarəti, həmçinin fəlakət zamanı və sonrasında görülən müdaxilə işlərinin effektivliyinin artırılması məqsədilə qurumların ixtisas sahələri nəzərə alınaraq səlahiyyət və məsuliyyətlərinin tənzimlənməsi planlaşdırılıb.
Fəlakətlərə davamlı tikinti ilə bağlı qanunvericilik yenidən nəzərdən keçiriləcək, yeni tikilən bütün alt və üst infrastrukturlarda fəlakət riskləri nəzərə alınacaq.
İqlim dəyişikliyindən qaynaqlanan fəlakət təhlükələri və onların qarşısının alınması ilə bağlı dövlət qurumları üçün regional səviyyədə fərqləndirilmiş təlimatlar hazırlanacaq.
Fəlakət zamanı fasiləsiz xidmət göstərə biləcək təhlükəsiz rabitə sistemi qurulması məqsədilə 81 vilayətdə rəqəmsal rabitə (telsiz) infrastrukturunun quraşdırılması tamamlanacaq. Quraqlıq səbəbindən regional yanğın ehtimalının artması, yanğınlara müdaxilədə gecikmələr, yanlış tətbiqlər, yanğınsöndürmə xidmətlərində kadr/təlim çatışmazlığı, texnika və maliyyə resurslarının yetersizliyi kimi səbəblərə görə bu sahənin dövlət tərəfindən təcili şəkildə yenidən qurulmasına qərar verilib.
Haber Global
Arzu İbrahimova