Yeni tədris ilinin başlanmasına az qalıb
Hər il yeni tədris ili başlandıqdan sonra həm nəqliyyatda,həm də insanlar arasında sıxlıq yaranır.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu dərs ili bizim üçün heçdə rahat olmayacaq:
“Ötən ilə nisbətdə fundamental dəyişiklik ortada yoxdur.Yol nəqliyyat infrastrukturu ilə bağlı hər hansısa ciddi addım atılmayıb,bir il ərzində yeni metro stansiyasi tikilməyib,yeni avtobuslar gətirilməyib.Sərhədlər yenə də bağlıdır.Ölkədən kənara avtomobillə çıxış mümkün deyil.Şəxsi avtomobilə maraq daha da artmaqdadır.Düzdür,ötən illərə nisbətən ictimai nəqliyyatlara da maraq artmaqdadır,təxminən 6% göstərici var. Bu isə yüz minlərlə sərnişin deməkdir,böyük göstəricidir”.
Əlavə olaraq ekspert bildirib ki, məktəb başlayırsa,hərəkətlilik daha da artır:
“Bakı şəhər və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı qəbul olunub.Həmin dövlət proqramında belə bir bənd qeyd olunub ki,iş və dərs saatlarının dəyişdirilməsi.Bəzi yerlərdə buna ehtiyac var.Təhsil nazirliyi tərəfindən hər hansısa bir ciddi dəyişiklik olmayıb.Yenə də real vəziyyət ondan ibarətdir ki,dərslər eyni saatda başlayacaq və bitəcək.Həm ali məktəblərdə,həm də orta məktəblərdə bunu dəyişmək lazımdır.
Məktəbli avtobus məsələsi hələ də reallaşmayıb.Bəzi məktəblər yüngulvari formada edib,yerdə qalanlarda isə bu barədə heç bir şey yoxdur.Hər bir məktəbin şagirdləri məktəbə yaxın ərazidə yaşayan şagirdlər deyil.Bəzən görürük ki,Əhmədli ərazisində yaşayan şagird şəhərin mərkəzinə məktəbə gəlir.Buda sıxlığa səbəb olur. Biz bu dəyişikliyi gözləyirik. Amma bu günlərdə deyil,5 il sonraya.Qısa müddətdə fundamental dəyişiklik gözlənilmir”.
Səadət Əlizadə