00:00:00
Yazar
Admin User
06.09.2023 18:57 491 2 dəq oxuma
Dünya

Yerə asterodilər düşə bilər

Yerə asterodilər düşə bilər

Hər il müxtəlif zamanlarda asteroidlərin dünyanın yaxınlığından keçəcəyi və yaxud yer kürəsiylə toqquşma təhlükəsinin olduğu ilə bağlı məlumatlar verilir. Son olaraq NASA yenidən 5-ə yaxın asteroidin Yer planetinə yaxınlaşdığını açıqlayıb.

Sentyabrın 6-dan 12-dək beş asteroid Yer kürəsinin yanından keçəcək. NASA-nın verdiyi məlumata görə, "JA5" adlandırılan asteroid sentyabrın 6-da yerin yanından keçəcək. Ev ölçüsündə olan səa cismi Yerə 5,1 milyon km məsafədə yaxınlaşacaq. Eyni şəkildə sentyabrın 8-də də biri təyyarə, digəri isə avtobus ölçüsündə daha iki asteroid yer kürəsinin yanından keçəcək. Sentyabrın 10-da isə Yer kürəsinin yanından daha bir təyyarə ölçüsündə asteroid uçacaq. Bu planetə ən çox yaxınlaşan asteroid olacaq.


Bir-birlərinə yaxın tarixlərdə yerə bu qədər asteroidin yaxınlaşması alimləri və bir neçə ölkəni narahat edir. Bu isə səbəbsiz deyil. Belə ki, asteroidlərin bir neçəsi keçmişdə Yerə düşərək və dünyanın tamamilə dəyişməsinə səbəb olub. Buna yer kürəsinə düşərək, dinozavrları məhv edən asteroid iddiasını da misal göstərmək olar. Hətta tədqiqatçılar Yer kürəsinə düşəcək 15 metrlik daşın belə İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya atılan atom bombası qədər zərər verə biləcəyini bildirirlər. Məhz bu səbəbdən NASA və müxtəlif ölkələrin kosmik agentlikləri bir çox layihələr üzərində işləyirlər. Lakin bu layihələrin reallaşması hazırda mümkün görünmür. Bu tip təhlükələri aradan qaldırmağın yeganə yolu səma cisimlərini aşkar edərək və yönləndirməkdir. Bunun üçün astronomlar ilkin növbədə toqquşma təhlükəsi yarada biləcək göy cisimlərini aşkar edərək uzun müddət ərzində onu izləyirlər.



Qeyd edək ki, son dövrlər kosmosdan Yerə doğru yaxınlaşan cisimləri sayı əhəmiyyətli dərəcədə artıb. Hətta son olaraq Türkiyənin Diyarbəkir, Malatya, Elazığ, Tunceli, Bingöl, Mardin, Muş, Ərzuruma şəhərlərinə meteorit düşüb. Ətrafı işıqlandıran meteor bölgədə qorxu və panikaya səbəb olub. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər