00:00:00
Yazar
Admin User
29.08.2023 05:53 470 2 dəq oxuma
Dünya

YEREVAN HİNDİSTANA QUMBARA SİFARİŞ EDİB?

YEREVAN HİNDİSTANA QUMBARA SİFARİŞ EDİB?

  Hindistanın silah şirkətinin rəhbəri “Cənubi Qafqaz ölkələrindən birindən” qumbaraların modifikasiyası üçün hökumət sifarişi aldığını açıqlayıb. Sifarişçi ölkənin adı çəkilməsə də, söhbətin, yəqin ki, Ermənistanda getdiyi vurğulanıb.  Ermənistanın Hindistanla hərbi əməkdaşlığını gücləndirməsində məqsəd Azərbaycana qarşı revanş almaqla yanaşı, həm də  Rusiyadan silah  asılılığını azaltmaq istəyi ilə bağldır.

  44 günlük Vətən Müharibəsində darmadağın edilən Ermənistan ordusu son vaxtlar silah arsenalını artırır. Qərbin maliyyə dəstəyi və lobbi sayəsində silahlanan Ermənistan Hindistanla hərbi əməkdaşlığını genişləndirir. Politoloq Azad Məsiyein sözlərinə görə, hətta Hindistanın silah şirkəti “Bharat Forge” bu ilin birinci rübündə müdafiə silahlarının rekord səviyyədə satışını, o cümlədən Ermənistana MArG özüyeriyən haubitsalarının, eləcə də Təkmil yedəkli artilleriya sisteminin gətirildiyini bildirib. Politoloq bildirir ki, Ermənistanın son vaxtlar Rusiyadan deyil, Hindistandan və Fransadan silah alması  Rusiya ilə münasibətlərindəki "soyuqluqdan"  xəbər verir. “Ermənistan daxilində müəyyən radikal qüvvələr var və hətta Paşinyanın ətrafında olan qüvvələr də əks-hücum planını gündəmə gətirirlər. Təbii ki, bu silahlar Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratmağa hesablanıb, Azərbaycan da buna adekvat cavab verəcək”.

  Qeyd edək ki, Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək. Bununla bağlı ötən ilin sentyabrında iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Sifariş  Hindistanın yerli istehsalı olan “Pinaka” raket sistemlərinin ilk ixracını da əhatə edir. Razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək.

MAHMUD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər