Yerusəlimdə avtobus dayanacağında hücum: 6 nəfər həlak olub
Yerusəlimin Ramot qovşağında fələstinli silahlıların hücumu nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. İsrail polisi bildirib ki, hücumçular avtomobillə dayanacağa yaxınlaşıb atəş açıblar. Hadisə yerində olan mülki şəxslər və vəzifədənkənar əsgər cavab atəşi ilə onları zərərsizləşdirib.
Həlak olanlar arasında 25–79 yaş aralığında beş kişi və 60 yaşlı qadın var. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Baş nazir Benyamin Netanyahu hücumu “bir neçə cəbhədə gedən terrora qarşı müharibənin tərkib hissəsi” adlandırıb və qatillərin gəldiyi kəndlərin mühasirəyə alındığını bildirib.
İsrail Prezidenti İsaak Hersoq hadisəni “şokedici” adlandıraraq beynəlxalq ictimaiyyəti terrorla mübarizəyə çağırıb. Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper də hücumu pisləyiblər.
Fələstin prezidentliyi hər cür zorakılığı rədd etdiyini açıqlasa da, HƏMAS əməliyyatı “işğala təbii cavab” kimi qiymətləndirib.
Hücum İsrailin Qəzzadakı əməliyyatlarını intensivləşdirdiyi və atəşkəs danışıqlarının gündəmdə olduğu bir vaxtda baş verib.
BBC
Türkan Kərimli