Yəmən İsrailə ballistik raket hücumu edib
İsrail ordusunun açıqlamasında bildirilib ki, Yəməndən atılan bir ballistik raket səbəbindən ölkənin cənubundakı bir çox bölgədə siqnallar çalıb, lakin raket təsirsiz hala gətirilib.
İsrailin Yəməndəki Husi hədəflərinə son hücumlarına Husi tərəfdən cavab gəlib. İsrail ordusunun açıqlamasında bildirilir ki, Yəməndən atılan ballistik raket səbəbindən əsasən Nəcəf Səhra bölgəsi olmaqla, ölkənin cənubundakı bir çox bölgədə siqnallar çalıb.
Raketin İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən təsirsiz hala gətirildiyi bildirilib və İsrail mətbuatı hücum nəticəsində heç bir yaralanma və ya ziyan olmadığını açıqlayıb.
Haber Global
Arzu İbrahimova