Yəməndən İsrailə PUA hücumu
Yəməndən atılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərinə düşməsi nəticəsində yaralıların sayı 2-si ağır olmaqla 20 nəfərə yüksəlib.
İsrailin təcili yardım xidməti Qırmızı Davud Ulduzunun açıqlamasında bildirilib ki, Yəməndən atılan partlayıcı yüklü PUA ölkənin ən cənubundakı Eylat şəhərini vurması nəticəsində yaralıların sayı artıb.
Məlumatda qeyd olunub ki, Yəməndən atılan PUA səbəbilə 2-si ağır, 1-i orta, 17-si isə yüngül olmaqla ümumilikdə 20 nəfər bədəninə qəlpə dəyməsi nəticəsində yaralanıb.
Yaralıların müalicə üçün bölgədəki Yoseftal Xəstəxanasına aparıldığı bildirilib.
İsrail ordusunun açıqlamasında isə vurğulanıb ki, Yəməndəki İranın dəstəklədiyi husilərin göndərdiyi PUA-nı zərərsizləşdirmə cəhdləri uğursuz olub.
Sosial mediada yayılan görüntülərdə Yəməndən göndərilən PUA-nın sahilə yaxın əraziyə düşdüyü görünür.
Xatırladaq ki, Yəməndəki husilərin İsrailə atdığı bir PUA sentyabrın 7-də ölkənin cənubundakı Ramon Hava Limanına düşmüş və nəticədə bir nəfər yüngül yaralanıb.
TRT XƏBƏR
Lalə Qurbanlı