Yunan qəzetində Gezeravcı xəbəri!
Türkiyənin ilk astronavtı Alper Gezeravcının Milli Kosmos Proqramının ilk ayağı olan İnsanlı Kosmos Missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya getməsi Yunanıstanda səs-küy yaratdı.
Türkiyənin uğurunu tərifləyən Afina yarışda geri qaldıqlarını etiraf edib. Yunanıstan Kosmik Mərkəzinin prezidenti Yanis Dağlıs türk astronavt Alper Gezeravcının uğuru ilə bağlı Ta Nea qəzetinə danışıb. Dağlıs,“Türk astronavtının kosmosa gedəcəyi aylar əvvəl məlum idi. Prezident Rəcəb Tayyib Ərdoğan kosmosla bağlı məsələlərə böyük əhəmiyyət verir. Son illər Türkiyənin bu sahədəki fəaliyyətinin şahidi oluruq. Türk astronavtının kosmosa getməsi "Ərdoğanın siyasi qərarının nəticəsidir" deyən Dağlıs, "Gezeravcının kosmosa getməsinin "simvolik" mənası var. Bizim üçün kosmonavtları kosmosa göndərmək simvolik olsa belə, vacibdir",-deyə o əlavə edib. Dağlısın açıqlamalarına yer verən qəzet, Türkiyənin atdığı addımlara toxunaraq xəbərlərində "Kosmos yarışında Yunanıstan 0-Türkiyə 2" başlığını istifadə edib.
Aytac Kərimova
Mənbə: CNNTürk
