Yunanıstanda Rekord İsti
Yunanıstanda davam edən güclü istilər elektrik enerjisinə tələbatı və topdansatış qiymətlərini bu yayın ən yüksək səviyyəsinə çatdırıb. Bu barədə yerli media 25 iyul tarixində məlumat yayıb.
“To Vima” nəşrinin Müstəqil Enerji Dağıtımı Operatoruna (IPTO) istinadla verdiyi məlumata görə, ölkədə elektrik enerjisinə tələbat 24 iyulda 10,798 meqavat səviyyəsində olub və 25 iyulda da artmağa davam edib. Bu artım əsasən kondisionerlərdən geniş istifadə ilə əlaqələndirilir.
Kəskin isti hava Yunanıstanın enerji sisteminin dayanıqlığını sınağa çəkir. Bunun nəticəsində topdansatış elektrik enerjisi qiymətləri hər meqavat-saata görə 142 avronu (təxminən 166,5 ABŞ dolları) keçib. Bu isə bu yay qeydə alınan ən yüksək göstəricidir.
ANEWZ
Gülhüseynova Güllər