00:00:00
Yazar
Banuçiçək Məmmədova
27.04.2026 21:58 26 2 dəq oxuma
Dünya

“Yüzyılın Konut Projesi”ndə püşkatma (kura) prosesi tamamlanıb

“Yüzyılın Konut Projesi”ndə püşkatma (kura) prosesi tamamlanıb

Türkiyənin ən böyük sosial mənzil layihəsi olan “Yüzyılın Konut Projesi” çərçivəsində püşkatma prosesi başa çatıb. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bildirib ki, “İstanbulda 100 min mənzil üzrə püşk atdıq, sahiblərini müəyyən etdik. Beləliklə, İstanbul ilə birlikdə 81 vilayətdə bütün püşkatma proseslərini tamamlamış olduq”.

 

Layihə çərçivəsində İstanbulda 100 min mənzil üçün püşkatma yekunlaşıb. Bununla da ölkə üzrə 81 vilayətdə 500 min sosial mənzil üçün püşkatma prosesi başa çatmış sayılır.

Prezident Recep Tayyip Erdoğan-ın 24 oktyabr 2025-ci ildə elan etdiyi “Ev Sahibi Türkiye” şüarı ilə “Yüzyılın Konut Projesi” çərçivəsində Türkiyə tarixinin ən böyük sosial mənzil layihəsinə start verilib. Toplu Konut İdaresi Başkanlığı tərəfindən 81 vilayətdə 500 min sosial mənzilin tikintisi nəzərdə tutulur və müraciətlər 10 noyabr 2025-ci ildə başlayıb.

Türkiyə üzrə ümumilikdə 5 milyon 242 min nəfərin müraciəti etibarlı sayılıb ki, bunun 1 milyon 72 min 660-ı İstanbulun payına düşür.

Püşkatma təqvimi 29 dekabr 2025-ci ildə Adıyamanda başlayıb. Vilayət-vilayət notarius nəzarəti ilə keçirilən püşkatma nəticəsində ev sahibi olacaq vətəndaşlar müəyyən edilib. İstanbulda 3 gün davam edən püşkatma nəticəsində 100 min hüquq sahibi seçilib.

Püşkatma nəticələri e-Devlet və TOKİ saytında
27 aprel tarixində İstanbul üzrə püşkatmanın başa çatması ilə layihənin ümumi püşkatma təqvimi də tamamlanıb. Beləliklə, 29 dekabr 2025 – 27 aprel 2026 tarixləri arasında 81 vilayətdə ümumilikdə 506 min 499 hüquq sahibi müəyyən edilib.

İstanbul üzrə müəyyən edilən siyahı notarius təsdiqindən sonra TOKİ-nin rəsmi saytında yayımlanacaq. Vətəndaşlar nəticələri e-Devlet üzərindən də öyrənə biləcəklər.

Nazir Murat Kurum bildirib ki, layihənin ilk mərhələsi tamamlanıb: “İstanbulda 100 min mənzil üçün püşkatmanı keçirdik və sahiblərini müəyyən etdik. Notarius təsdiqindən sonra yekun siyahını toki.gov.tr saytından öyrənə bilərsiniz. Beləliklə, 81 vilayətdə bütün püşkatma prosesləri bitdi. İndi isə sürətlə tikintiyə başlayacaq və evləri ən qısa müddətdə təhvil verəcəyik. Prezidentimiz Recep Tayyip Erdoğan-ın rəhbərliyi ilə daha 500 min ailəni ev sahibi edəcəyik.”


TRT HABER 
Reyhan Qulizadə

#konut #baki #(kura) #yeni #“yüzyılın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər