00:00:00
Yazar
Admin User
02.09.2025 10:24 98 1 dəq oxuma
Dünya

Zakir Həsənov Vyetnamda təntənəli mərasimdə iştirak edib

Zakir Həsənov Vyetnamda təntənəli mərasimdə iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamda rəsmi səfərdədir.


Bu barədə "İnformator.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

 

General-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnamın Milli Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak edib.

 

Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.

 

Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.


Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və hərbi rəhbərliyi ilə görüşləri planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər