00:00:00
Yazar
Admin User
04.09.2025 13:16 160 1 dəq oxuma
Siyasət

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşüb

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşüb

Vyetnamda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

 

Bu barədə "İnformator.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb. Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

 

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə "Niyyət məktubu" imzalanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər