Zambiya da prezidentə sehr etmək də ittiham olunan 2 nəfərə həbs cəzası verilib
Afrika ölkəsi Zambiya da Prezident Hakainde Hichilemaya sehr etmək də ittiham olunan 2 nəfər hər biri 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Milli mətbuat da yer alan xəbərlərə görə, Lusaka Sülh Cinayət Məhkəməsində görülən iş də Zambiya vətəndaşı Leonard Phiri və Mozambik əsilli Jasten Mabulesse Candunde Prezident Hichilemaya zərər vermək məqsədilə sehr etmək cəhdin də təqsirli biliniblər.
Məhkəmə sənədlərinə görə, təqsirləndirilən şəxslərin ötən il soyğunçuluq ittihamı ilə saxlanılan müxalif millət vəkili Emmanuel Bandanın qardaşı Nelson Banda tərəfindən təxminən 80 min dollar müqabilin də işə götürüldüyü müəyyən edilib.
Məhkəmə, Phiri və Candunde-yə qanunsuz sehr vasitəsi saxlama ittihamına görə hər birinə 2 il, sehrbazlıq ittihamına görə isə 6 ay həbs cəzası verilməsinə qərar çıxarıb.
Haber Global
Arzu İbrahimova