Zaxarovadan Xəzər dənizi ilə bağlı açıqlama:
“Xəzər beşliyi” (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Həştərxan şəhərində keçirilən Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində bildirib: “Bu gün Xəzər dənizi iqtisadi, ticarət, mədəni, humanitar və digər əlaqələrin bütün spektri üzrə geniş əməkdaşlıq sahəsini təmsil edir”.
Zaxarovanın sözlərinə görə, region ölkələrinin qarşısında duran bir çox məsələlər, problemlər və çağırışlar var - su hövzəsinin dayazlaşmasından və kövrək ekologiyasının qorunub saxlanmasından tutmuş, onun tranzit-nəqliyyat potensialının həyata keçirilməsinə qədər:
“Bütün bunlar “Xəzər beşliyi” çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətini diktə edir”.