Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq ilə görüşüb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” kanalında yazıb.

 

Zelenski qeyd edib ki, Kelloqu cəbhədəki vəziyyət barədə məlumatlandırıb, həmçinin Dobropolye və Pokrovsk yaxınlığında aparılan əks-hücum əməliyyatının nəticələri barədə danışıb.

Onun sözlərinə görə, görüş çərçivəsində Kiyev və Vaşinqton arasında əməkdaşlığın inkişafı, məsələn, pilotsuz uçuş aparatları üzrə qarşılıqlı faydalı sazişlər və ABŞ silahlarının alınması müzakirə edilib.