“Zelenski artıq xalqın gözündə qəhrəmandır”
“Volodimir Zelenskinin hakimiyyəti dövründə avtoritar meyllərin artması Ukraynaya Qərbin dəstəyini təhlükə altına qoya bilər”,- deyə Poroşenko bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, indiki vaxtda Volodimir Zelenskini tənqid etmək doğru siyasət deyil:
“Müharibə vəziyyətində, fövqəladə durumda olan bir ölkədə avtoritar meyl axtarmaq qeyri-kansktruktiv baxışın nəticəsidir. Zelenskiyə lazımi dəstək verə bilməyən yaxud verməyən Aİ və NATO-nun təsiri ilə indi bunu örtmək, məğlubiyyətin günahını Zelenskidə axtarmaq manipulyasiyadır. Avropa Zelenskinin əvəzinə alternativ axtarışına çıxarsa bu effekt verməz və özü nüfuzdan düşər. Zelenski artıq xalqın gözündə qəhrəmandır və habelə dünyada ona qarşı müsbət rəy formalaşıb. Avtoritar meyl əgər lap olsa da müharibə vəziyyətində təbiidir və bunu əsasə gətirmək yersizdir. Düşünürəm ki, bu açıqlamalar Zelenski ilə Aİ və ya NATO-nun arasındakı münasibətlərə təsir etsin. Çünki əsaslı və real münasibət deyil. Habelə ölkədə siyasi sabitliyə tamamilə mənfi təsir göstərə bilər. Zelenskiyə müxalif qüvvənin formalaşması, ölkə daxilində müharibə vəziyyətini daha da gərginləşdirə bilər. Ukrayna və Qərb arasında gərginlik mövcuddur. Amma bu gərginliyin mahiyyətini Qərbin dəstəyinin kifayətedici olmaması təşkil edir. Hesab edirəm ki, Zelenski Qərbi bunda günahlandırır və müharibənin taleyinin həll edilməsi üçün ciddi addımlar atmamaqda ittiham edir. Qərb isə yeganə yolun nüvə müharibəsi qaldığını güman edərək müharibənin taleyini bir növ taleyin ümidinə buraxıb. Avropa İttifaqı dövlətlərinin, NATO-nun sanki naçar və yalnız siyasi fürsət gözləyən tərəf kimi davranması Rusiya qarşısında əhalisini, torpaqlarını davamlı olaraq itirən Zelenskiyə məqbul görünmür. Ona görə də ola bilsin Zelenskidən canlarını qurtarmaq yaxud ona alternativ çıxarmaqla ram etmək istəyirlər”.
Aytac İbrahimova
