Zelenski BMT- də: Rusiyaya hücum etmək lazımdırsa, bu indi edilməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxış edərək həm Rusiyaya, həm də beynəlxalq ictimaiyyətə sərt mesajlar göndərib. O, Ukraynada hər gün insanların öldüyünu, atəşkəsin isə Rusiyanın rəddinə görə hələ də mümkün olmadığını bildirib. Zelenski beynəlxalq birliklərdən dərhal hə qəti addımlar atmağı tələb edib.
Prezident beynəlxalq qurumlarım zəifliyini sərt tənqid edərək, güclü müttəfiqlər olmadan beynəlxalq hüququn işləmədiyini qeyd edib. Onun sözlərinə görə , mövcud institutların təsirsizliyi Rusiyanın müharibəni davam etdirməsinə şərait yaradır və bu da bütün dünya üçün təhlükə deməkdir.
Zelenski çıxışında Rusiyanın yalnız Ukraynaya deyil, digər ölkələrə də təhdid yaratdığını xatırladıb. O, Estoniya hava məkanının pozulmasını misal gətirib, Moldova və Belarusun illərdir Rusiyanın təsiri altında olduğunu bildirib və Avropa İttifaqını Moldova kimi ölkələrə dəstək verməyə çağırıb.
Haber türk
Aysun Vəliyeva