00:00:00
Yazar
Admin User
06.11.2025 17:54 116 2 dəq oxuma
Siyasət

Zelenski:Bu ölkəyə Rusiyadan qorunmağa kömək edəcəyik

Zelenski:Bu ölkəyə Rusiyadan qorunmağa kömək edəcəyik

Ukrayna Litvaya hava məkanını Rusiya və Belarus pilotsuz təyyarələrinin təxribatlarından qorumaqda kömək edəcək.Zelenski eyni zamanda bildirib ki, Litva lideri Gitanas Nauseda Ukraynaya qaz təchizatı ilə bağlı kömək etməyə hazır olduğunu bildirib.

"Biz regionumuzdakı bütün azad ölkələr və liderlər arasında daha böyük əməkdaşlığı təmin etmək üçün Gitanas ilə birlikdə çalışırıq. Həmçinin, xüsusilə hava hücumundan müdafiə və Rusiya ilə Belarusdan gələn təhdidlər baxımından bir çox ortaq təhlükəsizlik problemlərini bölüşürük", - deyə o əlavə edib.

 

Bu mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki,Ukrayna-Rusiya müharibəsinin başlanmasından bəri Ukrayna öz müdafiə qabiliyyətini xeyli gücləndirib:

 

"Son dövrlərdə Ukraynanın öz istehsalı olan hərbi vasitələr artıq ölkənin tələbatının təxminən 60 faizini ödəmək səviyyəsinə çatıb. Halbuki, müharibənin əvvəlində bu göstərici cəmi 10 faiz təşkil edirdi.Hazırda Ukrayna dron istehsalı və dron texnologiyalarının tətbiqi sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Bir çox Avropa dövləti hava məkanının qorunması üçün Ukrayna istehsalı olan dronların vacibliyini vurğulayır və bu istiqamətdə Ukrayna ilə əməkdaşlıq edir.Amerika Birləşmiş Ştatları da bu sahədə Ukrayna ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Prezident Zelenski ilə Donald Trampın görüşündə də bu mövzu müzakirə olunub. Ukraynanın Litva və digər ölkələrə göstərəcəyi dəstək, xüsusilə hava hücumundan müdafiə sistemlərinin və “dron divarı” adlandırılan müdafiə səddinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edə bilər.Eyni zamanda, Ukraynanın istehsal etdiyi bir çox hərbi vasitələrin digər ölkələrə ixrac olunması da mümkündür. Hazırda Belarus birbaşa təhdid yaratmasa da, onun ərazisinin Rusiyanın ixtiyarına verilməsi Avropa üçün təhlükə mənbəyidir. Rusiya dronlarının və raketlərinin Avropa ölkələrinin təhlükəsizliyinə real təhdid yaratdığı aydın məsələdir.Bunun qarşısını almaq üçün Avropa ölkələri öz müdafiə imkanlarını gücləndirməklə yanaşı, Ukraynanın hərbi-texnoloji potensialından da istifadə etməyə çalışırlar. Bu baxımdan, Ukraynanın Litva və digər ölkələrə verə biləcəyi dəstək kifayət qədər ciddi və strateji əhəmiyyətli hesab olunur”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər