00:00:00
Yazar
Admin User
31.10.2025 19:40 150 1 dəq oxuma
Dünya

Zelenski Budanovu vəzifədən uzaqlaşdıracaq?

Zelenski Budanovu vəzifədən uzaqlaşdıracaq?

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun prezident Vladimir Zelenski ilə brifinqdə iştirak etməməsi onun tezliklə vəzifəsindən kənarlaşdırılması ilə bağlı şayiələrə səbəb olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat verib.

 

31 oktyabrda Zelenski jurnalistlərin iştirakı ilə görüş keçirib. O, xarici işlər naziri Andrey Sibiha və Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasil Malyukla eyni masa arxasında oturub. Lakin Budanov onların arasında deyildi və bu da sosial media istifadəçilərinin kəşfiyyat rəhbərinin Zelenski ilə gərgin münasibətlərinin olduğu qənaətinə gəlməsinə səbəb olub.

 

Qeyd edilir ki, oxşar şayiələr əvvəllər də Budanovun ehtimal olunan siyasi ambisiyaları, o cümlədən onun prezidentliyə namizədliyi səbəbindən ortaya çıxıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər