00:00:00
Yazar
Cavahir Əsgərbəyli
25.04.2026 14:17 27 1 dəq oxuma
Siyasət

Zelenski buna görə İlham Əliyevə təşəkkür edib

Zelenski buna görə İlham Əliyevə təşəkkür edib

Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

 

Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib:

 

“Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, - deyə Ukrayna prezidenti vurğulayıb.

#görə #yeni #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər