00:00:00
Yazar
Admin User
09.09.2025 09:26 116 2 dəq oxuma
Dünya

Zelenski çağırış edib: Kremlin cinayətlərini dayandırın!

Zelenski çağırış edib: Kremlin cinayətlərini dayandırın!

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın son gecə hücumlarını qəsdən törədilmiş cinayət adlandırıb. Onun sözlərinə görə, hücum zamanı 800-dən çox PUA, 13 raket, o cümlədən 4 ballistik raket istifadə olunub. Nəticədə Kiyevdə yaşayış binaları, Zaporojyedə evlər və uşaq bağçası, Krivoy Roqda anbarlar dağılıb, Odessada partlayış baş verib. Bir neçə vilayətdə dinc sakinlər həlak olub, ölənlər arasında uşaq da var. Zelenski Qərbi Rusiyaya qarşı sərt addımlar atmağa, sanksiyaları tətbiq etməyə və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az” a açıqlamasında bildirib ki, Qərb ölkələrinin bu hücuma reaksiyası mənfi olub. Çox ölkələr bu addımı qınayıblar:

 

“Amm əlbəttə bu reaksiya yetərli deyil. Ukrayna tərəfi də hesab edir ki, Rusiyanın hərəkətlərinin qınanması deyil, həm də mühakimə, ittiham olunması üçün addımlar atılmalıdır. Amma anlaşılan odur ki, ya dünyanın bu reaksiyası yetərlidir, ya da Rusiya bu reaksiyaya əhəmiyyət vermir. Bu vəziyyət regiona da mənfi təsir edir. O cümlədən Avropa ölkələrinin də digər Sovet ölkələrinin də narazıcılığı biraz artır ki, Rusiya bu özbaşınalığı sabah başqalarına qarşı da edə bilər”.

 

Politoloqun sözlərinə görə, bütün hallarda bu addımlar pislənməlidir və qarşısı alınmalıdır:

 

“Əlbətdə yalnız sözlə deyil həm də mənən olmalıdır. Yəni burada Rusiya hücumunun zəiflədilməsi, eyni zamanda Ukraynanın daha ciddi müdafiə olunması- hava hücumundan müdafiə sistemlərinin daha səmərəli şəkildə təchiz olunması həll olunmalıdır. Ən vacib məsələ budur. Beynəlxalq məhkəmələrə müraciət olunmur. Beynəlxalq cinayət məhkəməsi məsələlərə-orada daha çox Ukraynadan oğurlanan uşaqlar məsələsinə baxılıb. Dəqiq şəkildə Vladimir Putinə qarşı axtarış elan olunub. Yəni ən yüksək şəkildə Rusiyaya qarşı ittiham irəli sürülüb. Amma təəssüf ki, ona da məhəl qoymur. Anlaşılan odur ki, Rusiyanın anladığı dil gücdur. Rusiyaya qarşı güc tətbiq edəcək”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər