Zelenski ilə Tramp arasında telefon danışığı olub
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
“İnformator.az” xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin məlumat verib.
Yarım saatdan çox davam edən söhbət zamanı Ukrayna lideri amerikalı həmkarını doğum günü münasibətilə təbrik edib. Danışıqlar zamanı, həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi daxil olmaqla, digər mühüm mövzular ətrafında fikir idarə edilib.