Zelenski: Rusiya hücum etmeye hazırlaşır
Ukrayna Prezidenti Zelenski Rusiyanın yeni hərbi əməliyyatlara hazırlaşdığını bildirib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Artıq Ukrayna ordusu 2022-ci ilin fevralında müharibə başlarkən olan zəif ordu deyil:
“ Ukrayna ordusu dünya orduları arasında öz döyüşkənliyi ilə, potensialı ilə ən öndə gedənlərdən birinə çevrilib. Faktiki olaraq Avropanın bir nömrəli ordusu məhz Ukrayna ordusudur. Əlbəttə, qardaş, Türkiyənin ordusunu bu sıraya əlavə etmirəm, çünki bizim klassik anlamda Avropadan söhbət gedir. Burda Ukrayna ordusu ən önə çıxmağı bacarıb. Hazırda Ukrayna ordusunun canlı qüvvə sayı az qala bir milyona çatır. Yəni bu Ukrayna kimi bir dövlət üçün çox böyük rəqəmdir. Ondan savayı ehtiyatda olan hərbi canlı qüvvə sayı da 3 milyonu aşır. Bu baxımdan Ukrayna öndədir. Ondan savayı Ukrayna yeni texnologiyalar kəşf edib. Müharibədə ciddi dönüş yaradıb. Rusiyanın irəliləməsinin qarşısını almağı bacarıb. Faktiki olaraq Rusiya artıq beşinci ildir ki, Ukrayna bataqlığında inim-inim inləyir. Kiyevə ora-bura raket atmaqlarına baxmayın. Rusiya bir qarış belə irəli gedə bilmir və yeni hücum başlayacağı təqdirdə Rusiyanı daha böyük fəlakətlər gözləyir. Ona görə də Zelenskinin bu xəbərdarlığından sonra Rusiya düşünməlidir ki, ümumiyyətlə bu hücumu etməyə dəyərmi? Edəcəkləri təqdirdə əlbəttə ki, başlarına gələcəkləri də hesablamağı bacarmalıdırlar”.
Siyasi şərhçinin sözlərinə görə, atəşkəs hələ ki yaxın üfüqdə görünmür:
“Çünki Ukrayna tərəfi atəşkəs istəsə də, Rusiya tərəfi bunu qəbul etmir. Çünki Ukraynanın özü deyir ki, qeyşərtsiz atəşkəsə hazırıq. Yəni olduğumuz yerdə dayanaraq müharibəni dayandırırıq. Daha doğrusu atəşi kəsirik və danışıqlar masası arxasına otururuq. Rusiya isə şərtlər irəli sürür. Bu şərtlər çərçivəsində Ukrayna torpaqlarının ilhaqı yer alır. Yəni Ukrayna öz torpaqlarını Rusiyaya bağışlamalıdır ki, atəşkəs əldə edilsin. Əlbəttə ki, Ukrayna bu aşağılayıcı təklifi qəbul etməyib, edən də deyil. O qanlar, canlar ona görə verilmədi ki, günün birində Ukrayna gəlsin də Rusiyaya güzəştə getsin. O baxımdan atəşkəs hələ ki yaxın üfüqdə görünmür. Amma istənilən halda bu müharibə də bütün müharibələr kimi bir atəşkəslə bitəcək, sonu gələcək. Haçan gələcək? Əlbəttə, Rusiya Federasiyası adlı o qanlı imperiya paramparça olub yer üzündən silinəndən sonra onun yerində qurulacaq yeni müstəqil dövlətlərin heç birinin Ukrayna ilə digər dövlətlərlə ərazi davası, müharibəsi olmayacaq və bundan sonra bizim coğrafiyamız həqiqətən də əsl xoşbəxtliyin nə olduğunu görə biləcək. Bu günkü vəziyyətdən çıxış etsək, Rusiya dizə gətirilib, Rusiya çökdürülüb. İstər müharibə cəbhəsində, istərsə də daxildə. Rusiyanın iqtisadiyyatı paramparçadır. Dünyada Rusiyanı obrazlı desək, itinə qoymurlar artıq. Bir zamanlar dünyaya hökm edən qlobal güclərdən biri idi Rusiya, amma indi onu heç kim saymır. Yəni faktiki olaraq o boyda imperiya məhv edilib. Bunun səbəbkarı kimdir? Xarici qüvvə. deyil. Əlbəttə, Rusiyanı idarə edənlərin özləridirlər. Yəni ağılları, dövlət ağılları yetmədi ki, Rusiya dövlətini ayaqda tuta bilsinlər. Və sonunu da, təbiid ki, müharibənin sonunu az öncə də qeyd etdiyim kimi Rusiyanın paramparça olması ilə görürəm. Yəni Rusiya imperiyası çökəcək, dağılacaq, yerində artıq dünyada geniş müzakirə edilən yeni 41 müstəqil dövlət qurulacaq. O dövlətlər də artıq Rusiya federasiyası adlı imperiyadan uzaq olacaq. Rusların özləri üçün də yeni bir dövlətin qurulması planlaşdırılır. Bu Rusiya Respublikası olacaq yaxud da Rus Respublikası olacaq. Təxminən Moskva və ətrafını əhatə edən ərazilərdən söhbət gedir. Yəni bugünkü 17 milyon kvadrat kilometrlik Rusiyadan heç bir milyon kvadrat kilometrdə qalan deyil ruslar üçün. Çünki rusların sayı ona imkan vermir. Rusların sayı əslində qalanda bu günkü Rusiyada 20 milyon nəfər civarındadır. O 140 milyon əhalinin hardasa 20 milyonu rusdur. Yerdə qalanlar rus deyil. Amma bütün o çoxluq azlıq olan rusların əsarəti altındadır. Bu da əbədi davam edə bilməz. Düzdür, indi Rusiya saxta statistika təqdim edir. Guya əhali sayında 80%izi ruslardır və sairə. Boş söhbətdir. Özünü rus hiss edən, rus sayan, rus olduğunu düşünən əhali sayı həddən artıq çoxdur və onların adları keçmişlərinə baxanda görürsən ki, bunların rusla hər hansı əlaqəsi yoxdur. Sadəcə olaraq Rusiya imperiyası o adamları rus kimi qələmə verir. Və yavaş-yavaş da insanlar ayılır, rus olmadıqlarını anlayırlar. O tərəfdən də müstəqillik hərəkatları güclənməkdədir. Yəni müharibənin sonu belə olacaq ki, Rusiya Federasiyası adlı o qanlı imperiyanın yerində yeni bir Rus dövləti qurulacaq. Həcmcə kiçik, əhali sayı az olan yerdə qalan xalqlar da azadlığa qovuşub öz müstəqil dövlətlərini quracaqlar”.
Selcan Xudiyeva