00:00:00
Yazar
Admin User
05.09.2025 19:45 157 2 dəq oxuma
Siyasət

Zelenski Türkiyəyə təşəkkür edib

Zelenski Türkiyəyə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin sülh prosesindəki rolu və vasitəçilik səylərinə görə təşəkkür edib. Ukrayna “ədalətli sülh” anlayışının beynəlxalq hüquqa əsaslandığını bildirib – bu da Rusiyanın işğal edib, nəzarətə aldığı ərazilərdən çəkilməsini və Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tutur.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlama verib ki, bütün fikir ayrılıqları dialoq yolu ilə həll olunmalıdır. O vurğulayıb ki, Ukrayna Rusiya işğalına qarşı mübarizə aparan və sülh axtaran tərəfdir:

 

“Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyünü, o cümlədən Krımı tanıyıb və bu məsələdə qəti mövqeyini qoruyub. Eyni zamanda, sanksiyalara qoşulmayıb və vasitəçilik imkanlarını saxlayıb. Bu da Rusiya ilə Ukrayna arasında danışıqların təşkili, hərbi əsirlərin dəyişdirilməsi, humanitar məsələlər və taxıl dəhlizinin açılması kimi sahələrdə mühüm rol oynayan amillərdən biri olub. Hazırda isə Rusiya savaşı dayandırmaq haqqında düşünməyib, əksinə, vaxtı uzatmaqla Ukraynanı təslim olmağa məcbur etməyə çalışıb. Lakin son bir ildə ciddi uğurlar əldə edə bilməyib. Müharibə sürünən mərhələyə keçib və tükəndirmə xarakteri alıb. Rusiya hərbi cəhətdən üstün olsa da, Ukrayna xalqının müqavimət əzmini qıra bilməyib. Qərbdən dəstək alan Ukrayna Rusiyanın mahiyyətini dünyaya göstərən bir mövqe sərgiləyib. Eyni zamanda, Rusiyanın dərinliklərinə zərbələr endirib və onu zəiflətməyə yönəlik effektli addımlar atıb. Yaxın illərdə Ukraynada ədalətli sülhün mümkün olmayacağı ehtimal olunur. Rusiya buna hazır olmayan tərəfdir. Rusiya dövləti və cəmiyyəti hazırda imperiya psixozuna qapılan, imperiya ambisiyaları və rus şovinizmi ilə rasional düşünmə qabiliyyətini itirən vəziyyətdədir”.


Cəvahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər